Maraqlı

Haşimoto-Nəzarət sizdə ola bilər.. Sağlam həyat üzrə motivator Elnur Nemətovun yazısı

1 iyul / 21:11 2 dəq
Elnur nemətov 4
1 iyul / 21:11
Burada sizin reklamınız ola bilər

Son zamanlar ən çox xanımlar arasında geniş yayılmış autoimmun xəstəliyi özünü birbaşa hiss etdirməsə də, gizlicə öz işini görür.

İmmun sistemi səhvən qalxanabənzər vəzini hədəfə alır və zədələyir.

Bədən elə bilir ki, öz içində düşməni var və onunla mübarizə aparmağa başlayır…

Buna Haşimoto xəstəliyi deyirlər.

Nəticədə:
Maddələr mübadiləsi yavaş işləyir
Əzələ zəifləməsi
Yorğunluq
Soyuqluq hissi artır
Çəki artır, amma nə qədər çalışırsan da azalmır
Hal-hazırda Haşimoto xəstəliyinin tibbi baxımdan tam müalicəsi yoxdur və bu, bir çoxlarını arıqlamaq cəhdlərindən tamamilə ümidsiz salır. Elə bilirlər ki, artıq belə yaşamağa məcburdular və başqa çıxış yolları yoxdur.
Bu qərara gəlməyə tələsməyin!!!
Nəzərinizə çatdırmaq istərdim ki, Haşimotonu tam nəzarətdə saxlamaq mümkün olduğu kimi, Haşimoto ilə arıqlamaq da mümkündür.
Amma klassik pəhriz (kalori azaltma), aclıq və ya özünü əzab verməklə yox!
Çünki problem təkcə qidalanma və hərəkətdə deyil…
Problem bədənin iç savaşında — immun sistemi və hormonların oyununda gizləndiyi üçün burada yalnız peşəkar tərəfindən tərtib olunmuş və bu sistemə təsir edə biləcək düzgün qida zənciri ilə sağlam nəticə əldə etmək mümkündür.
Əsas məqsəd — hormonal balansı və bədənin ümumi vəziyyətini nəzarətdə saxlamaqdır.
Yəni düzgün qida seçimi ilə bədəni sakitləşdirərək nəzarəti öz əlinizə almanız mümkündür.
Tövsiyəm:
Əgər Haşimoto ilə yaşayırsınızsa və sağlam şəkildə çəkidən azad olmaq istəyirsinizsə, bunu təsadüfi üsullarla deyil, peşəkar nəzarəti və bədəninizə uyğun hazırlanmış qida zənciri ilə edin. Yalnız bu halda real və davamlı nəticə əldə etmək mümkündür.
Paylaş
Burada sizin reklamınız ola bilər