Bölgə xəbərləri

Hərbi Ekspert: Qazilərə psixoloji danışıqlar deyil, normal məbləğli təqaüdlər lazımdır

13 iyul / 18:14 3 dəq
Trend qazi protez 030221 13 460x242
13 iyul / 18:14
Burada sizin reklamınız ola bilər

Son günlər sosial şəbəkələr intihar edən qazi xəbərləri ilə çalxalanır. Son 2 ayda özünə qəsd edən müharibə iştirakçısı sayı 40-a yaxındır. Qazilərin intihar səbəblərini psixoloq Azad İsazadədən soruşduq.
‘Qərb Xəbər’ə danışan psixoloq bildirdi ki, bu insanlara qayğı və diqqət lazımdır.

indir (10)

“Sözsüz ki, müharibə iştirakçısı müharibə zamanı ölüm ilə razılaşıb. Müharibə iştirakçılarının aqressiyası özlərinə qarşı da çevrilə bilər. Burada söhbət təkcə bizdən getmir. Bu ümumi dünya problemidir. Vyetnam müharibəsində iştirak edən minlərlə ABŞ hərbiçisinin müharibədən sonra intihar etdiklərini bilirik. Halbuki, onlarda sosial proqramlar daha güclüdür. Biz bir cəmiyyət və ya hökümət olaraq onlara maddi kömək edə bilmiriksə, ən azından mənəvi olaraq dəstək olaq, yol göstərək. Bu insanlar sadəcə çıxış yolu tapa bilmirlər. Bu zaman da aqressiyanı atır öz üzərinə və bu da intihara gətirib çıxarır. Bu hadisələrin qarşısını almaq üçün bölgələrdə , rayonlarda mərkəz yaranmalıdır. Psixoloqlar, sosial işçilər müharibə iştirakçıları ilə maraqlanmaqlıdırlar.

Eyni zamanda məsələni ‘Qərb Xəbər’ə şərh edən hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, ümumiyyətlə, bütün müharibələrdən sonra müharibədə zədə almış şəxslərin sosial problemləri meydana çıxır.

1598437062540325292_1200x630

‘İntihar hadisələri müharibə iştirakçılarının səhhəti və əmək bacarığı ilə bağlı olan məsələlərdir. Müharibə zamanı əmək qabiliyyətini itirən şəxslərə psixoloji danışıqlar deyil, onların normal məbləğli təqaüdlərlə təmin olunması, həmçinin, ildə bir dəfə ölkə ərazisində yerləşən müalicə istirahət mərkəzlərində reabilitasiya keçməsi üçün şərait yaradılmalıdır. Çox təəssüf ki, hökümət bu məsələlərlə bağlı əsaslı hər hansı bir tədbir görməyib.

Hərbi ekspert həmçinin, əlavə edib ki, yerli icra strukturlarının böyük əksəriyyəti bu məsələlərin icrasında acizdirlər. Ucqar bir kəntdən müharibə iştirakçısı hansısa bir tələblə çıxış edirsə və icra hakimiyyəti bunu icra edə bilmirsə, demək ki, bu problem ölkə səviyyəsində öz həllini tapmalıdır. Bu məsələ fundamental şəkildə həll olunmalıdır. Bütün saydığım problemlər həll olunarsa, belə hallara daha az gələcəyimizi düşünürəm. Bu şəxslər, yəni müharibə iştirakçıları hökümət tərəfindən imtiyazlarla təmin olunmalıdır’

Rahib İsgəndərli
Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər