Bölgə xəbərləri

Hərbçilərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama

16 may / 12:47 1 dəq
1684225321 4d3c6089 18cc 429a 9067 684e75f19277
16 may / 12:47
Burada sizin reklamınız ola bilər

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı  90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və  yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəza zamanı həlak olanların hərbi qulluqçular olduğu bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər