Siyasət

Hərb Oyunları Mərkəzində əməliyyat toplanışı keçirilib

30 avqust / 13:31 1 dəq
A71f9d99 0bce 4d0d 911f 6de35d3ee5d2
30 avqust / 13:31
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun növləri və birliklərinin qərargah rəisləri, həmçinin Müdafiə Nazirliyinin baş idarə və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin müavinlərinin iştirakı ilə əməliyyat toplanışı keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışın keçirilməsində məqsəd əməliyyatlara hazırlıq zamanı qərargahların işinin təşkili və döyüş fəaliyyətlərinin hərtərəfli təminatının planlaşdırılması, qoşun növləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də qərargahlarda döyüş sənədlərinin müvafiq tələblərə uyğun işlənilməsi, o cümlədən hərb sənəti və qoşunların idarə edilməsi üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Paylaş
Burada sizin reklamınız ola bilər