Dünya

HƏMAS İsraili girovlarla hədələyib

2 sentyabr / 09:09 1 dəq
66d4cfa96be4166d4cfa96be42172522282566d4cfa96be3f66d4cfa96be40
2 sentyabr / 09:09
Burada sizin reklamınız ola bilər

HƏMAS hərəkatı əllərində qalan israilli girovların 36 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyini təkrarlaya biləcəyi ilə hədələyib.

Qerbxeber.com xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.

“Netanyahu onlarla yeni Ron Aradın meydana çıxmasını istəyirtəşviq edir”, – deyə HƏMAS-ın bəyanatında deyilir.

Qeyd edək ki, sözügedən israilli pilot Ron Arad 1986-cı ildə Səidə şəhəri yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən təyyarəsi qəzaya uğrayıb. O Livandakı Amal hərəkatının tərəfdarları tərəfindən əsir götürülüb. Bundan sonra İsrail dərhal pilotun azad edilməsi üçün danışıqlara başlayıb. Lakin iki il sonra danışıqlar dayandırılıb. 1988-ci ildən pilot itkin düşmüş hesab edilib, onun yeri və taleyi hələ də məlum deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər