“Hərbi qulluqçuların təminat xərclərinin tərkibində olan əlavələrin hesablanmasında nöqsanlar var idi. Həmin əlavələrin yenidən hesablanması nəticəsində 250-dən artıq əmək pensiyaçısının pensiyası yenidən hesablanıb”.
Report-un xəbərinə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.
Onun sözlərinə görə, nəticədə pensiya məbləğlərində müəyyən artımlar olub.