Kateqoriyasız

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş haqda yeni qərar

22 mart / 15:55 2 dəq
8a5f21ae ba5e 4c77 8e97 2b97a50f29b4
22 mart / 15:55
Burada sizin reklamınız ola bilər

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

“Report” xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında qəbul olunub.

İki ölkə arasında bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının sərbəst hərəkəti təmin olunacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Bu günə qədər iki ölkə arasında insanların hərəkəti “Qırmızı körpü” və “Laqodexi” sərhəd məntəqələri vasitəsilə təmin olunub. 

Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkə yanlız öz vətəndaşlarını qəbul edir. 

Paylaş
Burada sizin reklamınız ola bilər