Kateqoriyasız

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə dolu yağdı, insanlar aksiya keçirdi

30 aprel / 14:12 2 dəq
25a348bc 7255 32f8 bdd8 7d5278d96317
30 aprel / 14:12
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qabal kəndində aksiya keçirilib.

Report xəbər verir ki, sakinlər ötən gün axşam saatlarında yağan dolunun onları gəlirsiz qoyduğunu bildiriblər.

Məhsullar sığortalanmadığından aksiyaçılar hökumətdən kömək xahiş ediblər.

Sakinlərin sözlərinə görə, Qabalda yaşayan ailələrin yarıdan çoxu bankdan kredit götürüb və indi borclarını necə ödəyəcəklərini bilmirlər. Xahişləri nəzərə alınmayacağı təqdirdə onlar aksiyanı davam etdirmək niyyətindədirlər.

Kaxeti bölgəsi və Laqodexi bələdiyyəsinin rəhbər şəxsləri kəndə baş çəkiblər. Onlar bildiriblər ki, Qabala təbii fəlakət nəticəsində dəyən zərərin məbləği hesablanacaq və zərər çəkənlərə maliyyə yardımı göstəriləcək.

Qeyd edək ki, ötən gün axşam Kaxeti bölgəsinə güclü dolu düşüb. Nəticədə Qabal kəndi ilə yanaşı, Baisubani, Çabukiani və Apeni kəndlərinə ciddi ziyan dəyib.

Paylaş
Burada sizin reklamınız ola bilər