Hadisə

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşları

30 noyabr / 12:16 1 dəq
Eb46c5716f3ac4fb0cc36f7b96b7d3b8
30 noyabr / 12:16
Burada sizin reklamınız ola bilər

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 108 nəfər saxlanılır.

24News.ge-nin yaydığı məlumata görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

İttiham olunan 11 vətəndaşın 7-si kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 86-sı kişi, 11-i qadın olmaqla 97-dir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda probasiya nəzarətində olan əcnəbilərin 30-u Azərbaycan vətəndaşıdır. Onların 29-u kişi, 1-i qadındır.

Paylaş
Burada sizin reklamınız ola bilər