Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Gürcüstanın Abxaziya bölgəsində hərbi-dəniz bazası yaratmağa hazırlaşdığı barədə məlumatı pisləyib.
“Qərb Xəbər”in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması, həmçinin Abxaziya və Sxinvali bölgəsinin qanunsuz işğalını qanuniləşdirməyə yönəlmiş növbəti təxribat cəhdidir”, – XİN bildirib.
Departament Rusiyanı 12 avqust 2008-ci il tarixli razılaşmaya əsasən “beynəlxalq öhdəliklərinə hörmət etməyə” və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış regionlarının işğalına son qoymağa çağırıb.