Dünya

Gürcüstan parlamentinin sədri Aİ bayrağını “terror simvolu” adlandırdı

8 oktyabr / 20:28 1 dəq
Avro bayraq
8 oktyabr / 20:28
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa komissarı Marta Kosun “Gürcüstanın Rusiya dezinformasiyası metodlarından istifadə edir” ittihamına münasibət bildirib.

Papuaşvilinin sözlərinə görə Brüssel Tbilisi haqqında qəsdən yalan narrativlər yayır.

“Belə narrativlərə və dezinformasiyaya qarşı bizim silahımız həqiqəti söyləməkdir”,- deyə Papuaşvili vurğulayıb.

O əlavə edib ki, Avropa bürokratları öz məsuliyyətsizlikləri ilə Gürcüstandakı radikal etiraz aksiyalarının iştirakçılarının əlində Aİ bayrağının zorakılıq, terror və ekstremizmlə assosiasiya olunmasına gətirib çıxarıblar.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bundan əvvəl Qərb ölkələrini faşist Almaniyasının (Yozef Gebbelsin) təbliğatını davam etdirməkdə ittiham edib.

Paylaş
Burada sizin reklamınız ola bilər