Dünya

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb – VİDEO

14 may / 14:41 1 dəq
664329553c9c2664329553c9c31715677525664329553c9c0664329553c9c1
14 may / 14:41
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb.

Qerbxeber.com xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Sessiya hazırda davam edir.
Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli “xarici təsir” qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər