Qafqaz

Gürcüstan mollaları Azərbaycan Səfirliyinin dəstəyi ilə baş tutan iftar mərasiminə gəlməyib-SƏBƏB?

19 mart / 06:17 4 dəq
Faiq Quliyev səfir
19 mart / 06:17
Burada sizin reklamınız ola bilər
Tbilisidə iftar məclisində Faiq Quliyev açıq danışdı və konkret onlara işarə etdi

Martın 17-də Tbilisidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda iftar mərasimində dəvətə rəğmən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxliyi və müftiliyinin, eləcə də bir sıra din xadimlərinin iştirak etməməsi səfir Faiq Quliyev sərt rekasiya verib.

Qerbxeber.com Aktual.ge -yə istinadən xəbər verir ki, səfir çıxışında konkret ad çəkməsə də, bəzi dairələrin tətbiq etdiyi qadağalar səbəbindən müvafiq şəxslərin Azərbaycanın təşkil etdiyi iftar mərasiminə qatılmadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən təşkil olunan bu cür tədbirlər azərbaycanlıların birliyinə və həmrəyliyinə xidmət edir.

Səfir eyni zamanda deyib ki, belə məclislərdən uzaq durmaq və onlardan kənarda qalmaq nə dini, nə də milli həmrəylik ruhuna uyğun bir mövqe kimi qiymətləndirilə bilməz.

Lakin bir məqamı da xüsusi vurğulamaq istərdim ki, sizlərdə haqlı bir sual ola bilər ki, bu günləri bu iftar məclisində bizim bəzi din xadimlərimiz iştirak etmir. Xüsusi olaraq bu məqama artıq zamanı çatıb, bir diqqət yetirəcəm və fikirlərimi sizlərlə bölüşəcəm.

Təəssüf ki, Ramazan ayı münasibətilə təşkil olunan ənənəvi iftar məclisimizə dəvət etdiyimiz bir sıra din xadimləri və ruhani soydaşlarımızın bəzi dairələrin onlara tətbiq etdiyi qadağalar səbəbindən aramızda deyillər və iştirak edə bilmirlər.

Mən bu fürsətdən istifadə edərək onlara xüsusi olaraq səslənmək istərdim. Azərbaycan dövləti tərəfindən təşkil olunan bu cür tədbirlər hər hansı fərdi və ya qrup maraqlarına deyil, xalqımızın birliyinə və həmrəyliyinə xidmət edir. Bu səbəbdən belə məclislərdən uzaq durmaq və onlardan kənarda qalmaq nə dini, nə də milli həmrəylik ruhuna uyğun bir mövqe kimi qiymətləndirilə bilməz.

Biz hesab edirik ki, hər bir soydaşımızı birləşdirən əsas dəyərlər milli kimliyimiz, mənəvi irsimiz və qarşılıqlı hörmət prinsipləridir. Bu dəyərlərdən uzaqlaşmaq isə əslində öz birliyimizə və ortaq maraqlarımıza zərbə vurmaq deməkdir. Buna görə də inanırıq ki, hər bir soydaşımız bu cür məclislərin mahiyyətini düzgün qiymətləndirəcək və gələcəkdə birlik və həmrəylik ruhunu daha da gücləndirən addımlar atacaqlar” , – deyib Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev.

Paylaş
Burada sizin reklamınız ola bilər