Kateqoriyasız

Gürcüstan azərbaycanlıları Azərbaycanda ödənişsiz ali təhsil alacaqlar

6 dekabr / 15:05 1 dəq
Dc0a5e7c387b121ad244f4a556823d7d
6 dekabr / 15:05
Burada sizin reklamınız ola bilər

Gürcüstan vətəndaşı olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedoqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayrılıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən Gürcüstan vətəndaşı olan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar və onlara təqaüd veriləcək: “Artıq Azərbaycan hökuməti tərəfindən kvota müəyyənləşdirilib. Bununla bağlı və eyni zamanda, sonradan həmin pedoqoqların Gürcüstandakı azərbaycandilli məktəblərdə işlə təmin olunmaları məsələsinin həlli üçün Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında danışıqlar planlaşdırılır. Növbəti tədris ili üçün bu kvotanın doldurulması ilə bağlı mexanizmlər müəyyənləşdiriləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər