Hadisə

Güclü maqnit qasırğası başladı

18 avqust / 10:30 2 dəq
Maqnit qasirgasi
18 avqust / 10:30
Burada sizin reklamınız ola bilər

Yerdə maqnit qasırğası G3 (güclü) səviyyəsinə qalxıb

Qerbxeber.com  bildirir ki,bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

“G3 (Kp=6,67) artıq 6 saatdır ki, qeydə alınır”, – deyə bildirilib.

Qeyd edək ki, bundan öncə G1 səviyyəli maqnit qasırğasının hökm sürdüyü açıqlanmışdı.Alimlər bu fenomenin üç gün davam edəcəyini proqnozlaşdırırlar.

Maqnit qasırğaları zamanı aşağıdakı əlamətlər müşahidə olunur:

• depressiv əhval-ruhiyyə və əsəbilik;

• qan təzyiqinin artması və ya azalması;

• yuxunun pozulması;

• oynaq ağrısı;

• apatiya və ya narahatlıq;

• baş ağrısı və başgicəllənmə;

• xroniki xəstəliklərin kəskinləşməsi.

Maqnit qasırğaları zamanı özünüzü daha yaxşı hiss etmək üçün nə etməli?

• düzgün qidalanmaq və fiziki fəaliyyətlə məşğul olmaq;

• daha çox dincəlmək və yatmaq;

• daha çox su və ya bitki çayı içmək;

• spirtli içkilər və ya yağlı qidalar qəbul etməmək;

• daha çox göyərti və mövsüm tərəvəzləri əlavə edin;

• stressdən və narahatedici hadisələrdən yayınmaq;

• gündəlik cədvəlinizə yatmazdan əvvəl kontrastlı duş əlavə edin;

• lazımi dərmanlar üçün evinizin dərman kabinetini yoxlayın.

Paylaş
Burada sizin reklamınız ola bilər