Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub
Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki, Gəncə şəhərində polis yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb və nəticədə ayağından yüngül xəsarət alıb.
Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.




