Gəncədə ölümlə nəticələnən avtoqəza olub
Gəncə şəhərində iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.
“Qərb Xəbər”in məlumatına görə, qəza yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Ölən şəxs 1996-cı il təvəllüdlü Yaşar Ələkbərovdur.
Faktla bağlı araşdırma aparılır.




