Mədəniyyət

Gəncədə “Forum Teatr” keçirilib

12 mart / 18:17 2 dəq
Gəncədə Forum teatr
12 mart / 18:17
Burada sizin reklamınız ola bilər

 

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Milli Teatr Günündə “Art Garden Ganja” ilə birlikdə ilk dəfə  “Forum Teatr” layihəsi həyata keçirib.

Gəncə şəhərində iki gün keçirilən təlimlərdən sonra həvəskar aktyorlar və könüllülər tərəfindən səhnələşdirilən əsas tamaşa günü baş tutub. Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Forum Teatr” ilk dəfə 1960-cı ildə Braziliyalı innovator və Teatr praktikantı Augusto Boal tərəfindən yaradılmışdır. Qısa tamaşalardan və ya improvizələrdən ibarət olan Forum Teatrda adətən sosial və cəmiyyətdə olan gündəlik problemlər səhnələşdirilir  Sonda isə aktyor və izləyicilərlə birgə problemlərin həll yolları axtarılır və müzakirə olunur.
“Art Garden Ganja”-nin təsəsçisi Murad Nəbiyevin və Mərkəzin Gəncə Regional Ofisinin  direktoru Gülnar Məmmədovanın rəhbəri olduğu bu layihənin keçirilməsində əsas  məqsəd Gəncədə gənclər arasında  teatr mədəniyyətinin təbliği və canlandırılmasıdır. Layihə çərçivəsində davamlı olaraq hər ay gənclər tərəfindən bu cür teatr tamaşalarının  səhnələşdirilməsi planlaşdırılır.
Paylaş
Burada sizin reklamınız ola bilər