Gəncədə 9 min manatlıq nərd və təsbeh oğurlanıb
Gəncədə evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 700 manat dəyərində 30 ədəd nərd, 690 manat dəyərində 23 ədəd təsbeh, 1 075 manat dəyərində məişət əşyaları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Q.Bayramov saxlanılıb.




