Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək
Bu gündən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək.
“Qərb Xəbər” bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il ASAN xidmət mərkəzlərində 1673 nəfərə təhsil xidmətləri göstərilib: “Təhsillə bağlı elektron xidmətlər müxtəlif platformalar üzərindən aparılır. Məsələn, şagird qəbulu, yerdəyişməsi və s. Bu ilin sonun qədər bütün elektron təhsil xidmətlərinin portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindəyik”.
S.Rzayev bildirib ki, daha 6 rayonda – Bərdə, Şəmkir, Lənkəran, Yevlax, Sabirabad və Şəkidə ASAN xidmət mərkəzlərində təhsil xidmətlərinin təşkili nəzərdə tutulub.




