Bölgə xəbərləri

Gədəbəydə havaya atəş açan şəxsin kimliyi müəyyən edilib

17 oktyabr / 10:36 1 dəq
634cf3caea3db634cf3caea3dc1665987530634cf3caea3d9634cf3caea3da
17 oktyabr / 10:36
Burada sizin reklamınız ola bilər

Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib.

“Qərb Xəbər” bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: “Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

Paylaş
Burada sizin reklamınız ola bilər