Bölgə xəbərləri

Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib

20 may / 22:58 1 dəq
Dem qazi
20 may / 22:58
Burada sizin reklamınız ola bilər

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
“Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər