Gədəbəydə 11 yaşlı qızı maşın vurub
Gədəbəydə məktəbli qızı maşın vurub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Böyük Qaramurad kəndində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü Nigar Aslanovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.




