“Gədəbəy Mineral Suları” 25 min cərimə oluna bilər
“Gədəbəy Mineral Suları” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməlik olub.
“Qərb Xəbər” “Qaynarinfo”ya istinadən bildirir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinin pozulmasına görə məhkəməyə müraciət edilib. İşə Gədəbəy Rayon Məhkəməsinin hakimi Fizuli Mirzəquliyevin sədrliyi ilə baxılacaq.
Sözügedən maddədə göstərilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.




