Hadisə

Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub – FOTO

11 oktyabr / 14:47 1 dəq
652675820b55f652675820b5601697019265652675820b55c652675820b55e
11 oktyabr / 14:47
Burada sizin reklamınız ola bilər

Oktyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Qərb Xəbər”ə verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

 

6526758244999652675824499a169701926565267582449966526758244998652675820b55f652675820b5601697019265652675820b55c652675820b55e 652675821eee0652675821eee11697019265652675821eedd652675821eedf65267581bf0b465267581bf0b5169701926565267581bf0b265267581bf0b3

Paylaş
Burada sizin reklamınız ola bilər