Hadisə

Füzulidə silah sursat aşkarlanıb

25 iyun / 10:04 1 dəq
MSvpk3jLjd6ohEMu43h2JT0U6lzlRDfHPAjnpqev
25 iyun / 10:04
Burada sizin reklamınız ola bilər

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə,

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər