Bölgə xəbərləri

Fransanın xarici işlər naziri Azərbaycanda səfərdədir

27 aprel / 01:24 1 dəq
A5ff2e91 1f33 3ddb 8109 e12fc15a5f55
27 aprel / 01:24
Burada sizin reklamınız ola bilər

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir.

Bu barədə nazir tviterdə paylaşım edib.

“Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır”, – paylaşımda deyilir.

Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.

Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər