Dünya

Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana göndərilir

13 noyabr / 08:36 1 dəq
755ccfec 6791 3ed0 bce5 4c078a4fb903
13 noyabr / 08:36
Burada sizin reklamınız ola bilər

Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.

“Qərbxəbər.comməlumat verir ki, bununla bağlı fotoları “Caliber” yayıb.

Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.

Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

Paylaş
Burada sizin reklamınız ola bilər