Dünya

Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb

7 mart / 23:50 1 dəq
Cb653d5e 290b 3149 80e2 6d51868b27b2 850
7 mart / 23:50
Burada sizin reklamınız ola bilər

Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.

Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.

Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub.

Məlumatda qeyd olunur ki, digər obyektlər razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər göstərilməyib.

Fransa qoşunların çıxarılması və hərbi obyektlərin təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər