Dünya

Fon der Lyayen Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edib

17 sentyabr / 10:46 1 dəq
Tramp lyayen
17 sentyabr / 10:46
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində birgə səyləri müzakirə edib.

Bu barədə o, “X” hesabında paylaşım edib.

“Trampla Rusiyaya qarşı əlavə tədbirlər vasitəsilə iqtisadi təzyiqi gücləndirmək üçün birgə səylərimizi möhkəmləndirməyə dair yaxşı bir söhbətimiz oldu”, – deyə paylaşımda bildirilib.

Telefon danışığının detalları açıqlanmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər