Bölgə xəbərləri

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1090 nəfərə tibbi xidmət göstərilib

20 fevral / 11:37 1 dəq
Turkiye zelzele
20 fevral / 11:37
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 199-u uşaq olmaqla 1090 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş nazirliyin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Paylaş
Burada sizin reklamınız ola bilər