Hadisə

FHN: Ağdərə və Goranboy istiqamətində yanğınla mübarizə davam edir

27 iyul / 17:37 1 dəq
Yangin goranboy
27 iyul / 17:37
Burada sizin reklamınız ola bilər

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə Qerbxeber.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Paylaş
Burada sizin reklamınız ola bilər