Ferdi Tayfur vəfat etdi-Sevənlərini yasa boğdu
Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur uzun müddətdir müalicə aldığı Antalyadakı Medical Park Xəstəxanasında 79 yaşında dünyasını dəyişib.
Qerbxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, sənət dünyasını dərindən sarsıdan ölüm xəbərinin ardınca ustad sənətkarın vəsiyyətinin təfərrüatları üzə çıxıb.
Məlumata görə, ustad sənətçi öldükdən sonra mahnılarından heç bir müəlliflik haqqı alınmaması ilə bağlı vəsiyyət edib.
“Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım”, – Ferdi Tayfur mövzu ilə bağlı verdiyi bir açıqlamada bildirib.




