Dünya

Ermənistanın hərbçisi yaralandı

12 iyul / 10:24 1 dəq
Ermənistan ordu
12 iyul / 10:24
Burada sizin reklamınız ola bilər

İyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Qərb Xəbərxəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Ermənistan tərəfi iddia edir ki, törətdikləri təxribat nəticəsində bir əsgərləri yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hərbi qulluqçunun vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər