Qazax

Ermənistandakı Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb – FOTO – VİDEO

18 fevral / 10:43 1 dəq
67b424797470767b424797470817398590647872ede1d9279ae244ecc1a6456fb9b5
18 fevral / 10:43
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Qerbxeber.com APA istinadən xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

Paylaş
Burada sizin reklamınız ola bilər