Bölgə xəbərləri

Ermənistanda çağırışçı qadınlar üçün hərbi hissə tikilir

27 mart / 14:44 1 dəq
1679822523 photo 5260497041476405253 y
27 mart / 14:44
Burada sizin reklamınız ola bilər

Ermənistan müdafiə naziri Suren Papikyan qadın alayının nəzərdə tutulduğu N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

“Qərb Xəbər” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi nazir Papikyana yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib.

Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, Ermənistanda qadınların könüllü hərbi xidmət keçməsi üçün imkanların yaradılması ilə bağlı müzakirələr aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər