Dünya

Ermənistanda bəyanat verildi…

13 avqust / 22:48 1 dəq
Tezminat ermenistan
13 avqust / 22:48
Burada sizin reklamınız ola bilər

Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının çıxarılmasına hazırlıq gedir.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Ana Ermənistan” Hərəkatının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, proses Nikol Paşinyan hökuməti tərəfindən başladılıb və idarə olunur.

“Zəngəzur dəhlizini əldə etdikdən sonra rəqiblərimiz növbəti mərhələyə keçirlər: 102-ci hərbi bazanın çıxarılması prosesinə. Bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim olması sadəcə texniki məsələ olacaq”, – hərəkat vurğulayıb.

Bəyanatda Bakı və Ankaranın təkcə Zəngəzur dəhlizinə yox, bütün Ermənistana nəzarət edəcəyi iddia olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər