Dünya

Ermənistan qadın batalyonları yaradır

16 sentyabr / 17:01 2 dəq
Erməni ords
16 sentyabr / 17:01
Burada sizin reklamınız ola bilər

“Təxminən 7-8 il əvvəl qadınlar orduya cəlb olunmağa başlasa da, qadın batalyonunun yaradılması prosesi 2019-2020-ci illərdən sonra yeni vüsət alıb”.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Şurasının Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin sədri Vazgen Qazaryan deyib.

“Hazırda ordu rəhbərliyi qadınların orduya cəlb olunmasının uğurlu olması üçün kifayət qədər böyük vəsait sərf edir və böyük potensial yatırmağa çalışır”, – qurum rəhbəri bildirib.

Qazaryan qadınların orduya cəlb edilməsi ilə bağlı bəzi problemlərin olduğunu da qeyd edib:

“Qadınların cəlb olunması ilə bağlı beynəlxalq təcrübə öyrənilməlidir. Məsələn, Böyük Britaniyada qadınların orduya cəlb olunması Ermənistandakından daha azdır, bu da çox təəccüblüdür. 2021-ci ilin məlumatına görə, Britaniya Silahlı Qüvvələrinin tərkibində qadınların sayı təxminən 11 faiz idisə, Ermənistanda bu faiz bir qədər yüksəkdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər