Bölgə xəbərləri

Ermənistan parlamenti Qarabağ separatçıları ilə birgə iclasdan imtina etdi

2 may / 12:23 1 dəq
Ermenistan parlamenti 660x403
2 may / 12:23
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamenti Qarabağ separatçıları ilə birgə iclas keçirməkdən imtina edib.

Bu barədə erməni qəzeti “Hraparak” məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, separatçılar birgə parlamentlərarası komissiyanın iclaslarının çağırılması ilə bağlı Ermənistan parlamentinə bir neçə rəsmi, o cümlədən onlayn rejimdə görüş keçirmək üçün sorğu göndərib.

Lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib. Onların susqunluğu görüşdən imtina kimi qəbul olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər