Dünya

Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək

24 yanvar / 12:14 1 dəq
679341ddd2e53679341ddd2e541737703901679341ddd2e51679341ddd2e52
24 yanvar / 12:14
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamenti fevralın birinci yarısında Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırdır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan “İzvestiya”ya bildirib.

“Proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər