Dünya

Ermənistan Parlamenti Aİ-yə üzvlüyə dair layihəni ikinci oxunuşda müzakirə edəcək

24 mart / 10:47 1 dəq
67e0fcb82f8e267e0fcb82f8e3174279800867e0fcb82f8e067e0fcb82f8e1
24 mart / 10:47
Burada sizin reklamınız ola bilər

Ermənistan Parlamentinin Avropaya İnteqrasiya üzrə Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini ikinci oxunuşda müzakirəyə qərar verib.

Qerbxeber.com-un “Armenia Today” saytına istinadən məlumatına görə, layihənin plenar iclasların birində müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti Aİ-yə üzvlük prosesinin başlaması ilə əlaqədar qanun layihəsini qəbul edib.

Fevralın 12-də sənəd birinci oxunuşda təsdiqlənib.

Layihənin 4 mart tarixinə nəzərdə tutulan ikinci oxunuşunun texniki səbəblərdən təxirə salındığı bildirilmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər