Dünya

Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü bildirib

13 fevral / 09:44 1 dəq
1880fe9c a0d9 3d0e 9e2d e93dcd28930f
13 fevral / 09:44
Burada sizin reklamınız ola bilər

Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib.

“Qərb Xəbər” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər