Dünya

Ermənistan KTMT-nin yardımından imtina edib

20 noyabr / 13:48 1 dəq
0559858c 51c2 37c4 b840 772f9cb6f22b
20 noyabr / 13:48
Burada sizin reklamınız ola bilər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

“Qərb Xəbər” “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.

Baş katib əlavə edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.

Paylaş
Burada sizin reklamınız ola bilər