Bölgə xəbərləri

“Ermənistan AŞPA-da istəklərinə nail ola bilmədi” – Səməd Seyidov

18 oktyabr / 12:25 2 dəq
1666078480 semed seyidov
18 oktyabr / 12:25
Burada sizin reklamınız ola bilər

Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, deputat Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Səməd Seyidov qeyd edib ki, ermənilər Avropa Şurasında öz çirkin əməllərini davam etdirməyə çalışıblar.

“Ermənilər çalışdılar ki, son hadisələrlə bağlı sənəd qəbul edilsin, xüsusi nümayəndə ayrılsın, baş verən hadisələri məruzə etsin. Məqsədlərinə nail ola bilmədilər. Mən bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt yol verməyək.
Azərbaycanın yürütdüyü siyasət güclü olduğuna görə, bütün bunların qarşısında dayana biləcək. Biz isə bu siyasətin ətrafında birləşməliyik”.

Deputat əlavə edib ki, erməni diasporu Azərbaycana zərbə vurmaq üçün Ermənistan dövlətçiliyinə, Ermənistanda yaşayan ermənilərə də zərbə vurmağa hazırdır.

Paylaş
Burada sizin reklamınız ola bilər