Dünya

Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb

11 sentyabr / 15:58 1 dəq
Indir 2023 09 11T155647.203
11 sentyabr / 15:58
Burada sizin reklamınız ola bilər

Ermənistan ABŞ sülhməramlıları ilə birgə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.

“Qərb Xəbər” bildirir ki, təlimlərin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub.

Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığından bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.

Paylaş
Burada sizin reklamınız ola bilər