Bölgə xəbərləri

Ermənilərdən Qarabağa yeni gəlmiş rus general haqda iddia

27 aprel / 10:16 1 dəq
947a4204 18b9 3aaf b52e 4cfefa9d16c2
27 aprel / 10:16
Burada sizin reklamınız ola bilər

Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhbəri general Aleksandr Lentsovun bu vəzifəyə təyinatı müvəqqəti ola bilər.

“Qərb Xəbər” “Globalinfo.az”a istinadən xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Xankəndidəki bəzi “mənbələr” Lentsovun Qarabağa müvəqqəti gəldiyini, Laçın yolunda vəziyyət “düzələcəyi” təqdirdə Moskvaya qayıdacağını iddia edib.

“Çünki hazırda rus ordusunda belə təcrübəli mütəxəssislər yoxdur. Xüsusən Ukraynada müharibənin getdiyi bir vaxtda ona böyük ehtiyac var”, – məlumatda bildirilib.

Həmçinin iddia edilib ki, Lentsov artıq Laçın yolu məsələsini azərbaycanlı generallarla müzakirə etməyə başlayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edildiyini təsdiqləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər