Kateqoriyasız

Ermənilər Tovuz və Kəlbəcərdəki yaşayış məntəqələrinə silahlı hücum etdi – Müdafiə Nazirliyidən açıqlama

15 fevral / 11:31 1 dəq
Ermeniler silahli hucum etdi
15 fevral / 11:31
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

“Qərb Xəbr”in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər