Bölgə xəbərləri

Erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid olub

3 avqust / 11:47 1 dəq
1644565614 134367 opbb0fay0y
3 avqust / 11:47
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!
Azərbaycan bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər