Bölgə xəbərləri

Erməni nümayəndələrin Bakıya gəlməyi inteqrasiya prosesini qəbul etmək deməkdir – Təhlil

27 mart / 13:14 2 dəq
Xankendi ermeni
27 mart / 13:14
Burada sizin reklamınız ola bilər
Prezident Administrasiyası Qarabağdakı ermənilərin nümayəndələrini görüş üçün yenidən Bakıya dəvət edib.
“Gündəm dəyişmir: reinteqrasiya və Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi;
Bu təklifin indi – Qarabağda son əməliyyatdan sonra edilməsi xüsusilə əhəmiyyətlidir.
Birincisi, separatçıların Ermənistana çıxış yollarının bağlanması onlar ətrafında çəmbəri daraldır;
İkincisi, nəfəs yolları bağlanan ermənilərə çıxış yolu təklif edilir: Bakıda reinteqrasiya məsələlərini müzakirə etmək;
Bakıda ilk görüş təklifi ilə ikinci təklif arasında əsas fərq də son əməliyyatın nəticəsində ermənilərin imtina etmək imkanlarının daralmasıdır”.
asif
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı bildirib.
Siyasi analitik əlavə edib ki, separatçıların ermənilərin adından bu təklifdən imtina edəcəyi ehtimalı böyükdür.
erməni ordu separatçı
“Bakıya gəlmək öz iddialarından imtina etmək və inteqrasiya prosesini qəbul etmək deməkdir. Azərbaycan bunu anlayır və məhz Bakıda görüş üzərində israr etməklə separatçıları, həm də onları dəstəkləyənləri dilemma qarşısında qoyur.
xankendi-esas
Ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da onların Qarabağdakı erməni əhalisinin təmsilçisi olmadığı və təmaslara mane olduqları növbəti dəfə təsdiq olunacaq. Bu, Bakının separatçılara qarşı addımlarını legitimləşdirən amildir”.
xankendi-ermeni
“PA-nın görüşün Bakıda keçirilməsi təklifini yenidən irəli sürməsi Azərbaycanın ermənilərlə təmasları vasitəçisiz – ruslar olmadan – keçirmək niyyətindən imtina etmədiyi də təsdiq edir” – deyə Asif Nərimanlı vurğulayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər