Dünya

Ərdoğan: Trampla S-400-lə bağlı müzakirə aparmadıq,F-35-lər isə…

25 iyun / 23:12 2 dəq
ərdoğan
25 iyun / 23:12
Burada sizin reklamınız ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.

Bu barədə TRT telekanalı məlumat yayıb.

Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlə söhbəti zamanı deyib: “Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”.

Türkiyə prezidenti xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər”.

O, əlavə edib ki, Ankara Eurofighter qırıcılarının alınması mövzusunda işi davam etdirir: “Bu, Böyük Britaniya və Almaniya ilə davam edir. Ümid edirik ki, bu iki ölkə də bizim yaxşı niyyətimizi müsbət qəbul edəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər